Manatın devalvasiyası qaçılmaz idi. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü ilin ən yaxşı idmançıları ilə görüş zamanı bəyan edib.
“Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir. Yəni manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi”, - deyə dövlət başçısı 2015-ci ilin idman nəticələrinə həsr olunan mərasimdə vurğulayıb.
Prezident qeyd edib ki, dünyada davam edən siyasi və iqtisadi böhrana baxmayaraq, Azərbaycan inkişaf edir. Lakin neftin qiymətinin düşməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə də təsir edib.
“Təbii ki, neft gəlirlərimizin aşağı düşməsi milli valyutamıza mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirik ki, neftin qiyməti sabitləşsin. Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəndə biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Lakin hazırda neftin qiyməti 36 dollara düşüb”, - deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, dünya bazarlarında neftinin qiymətinin ucuzlaşması Birləşmiş Ştatlarda dollarla bağlı qəbul edilən son qərarla əlaqədardır.
“Burada digər geosiyasi amillər də var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti il ərzində birdən birə 3 dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir, bu siyasətin də məqsədi heç kim üçün sirr deyil. Sadəcə, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir. Buna baxmayaraq, yaranmış vəziyyətin fəsadlarını minimuma endirməyə çalışır”, - deyə İ.Əliyev bəyan edib.
“Hökumət qarşısında makroiqtisadi sabitliyin təminatı, inflyasiyanın minimum, ölkədə istehsal olunan məhsulların, tikinti materialları və yanacağın qiymətlərinin stabil səviyyədə saxlanılması vəzifəsi durur”, - deyə AzTV telekanalı dövlət başçısına istinadən bildirib.
İ.Əliyev qiymətləri süni şəkildə artıran şəxslərə qarşı müvafiq tədbirlərin görüləcəyini deyib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət