Azərbaycan Gürcüstana qaz tədarükünü sutkada 6 mln. kubmetrdən 7 mln. kubmetrə qədər artıracaq. Bu barədə Gürcüstan mətbuatı SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) bu ölkədəki nümayəndəliyinin rəhbəri Mahir Məmmədova istinadən məlumat verir.
Çərşənbə günü SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə Tbilisidə keçirdiyi danışıqlar zamanı müvafiq razılıq əldə olunub.
M.Məmmədov bəyan edib ki, görüş zamanı xüsusilə pik dövrdə qaz tədarükünün texniki imkanları müzakirə olunub. Onun sözlərinə görə, tərəflər iki ölkənin ekspertlərinin fəaliyyətlərinin davam etdirilməsinə dair razılığa gəliblər, Azərbaycan tərəfi isə sutkada 7 mln. kubmetrə qədər qaz tədarükünün həcmini maksimum artıracaq.
Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Kaxa Kaladze isə məlumat verib ki, ölkəsinin artan tələbatın ödənilməsi üçün əlavə həcmdə qaz lazım olacaq. Onun sözlərinə görə, Gürcüstanın illik istehlakının 87%-ni təmin edən Azərbaycandan tədarükün həcmini artırmaq “texniki səbəblərə” görə mümkün deyil, xüsusilə də Gürcüstanda qaz istehlakının pik həddə çatdığı qış dövründə. Bu, xüsusilə də kompressor stansiyasında bərpa işlərinin aparılması üçün əlavə sərmayələr tələb edəcək.
“SOCAR-ın qaz əldə etdiyimiz hər iki boru kəməri maksimal gücdə işləyir. Lakin gələcəkdə bu qaz kəmərləri vasitəsilə əlavə həcmlər ötürmək imkanı yaradan layihə həyata keçirməyi planlaşdırırıq”, - deyə nazir bəyan edib. Onun sözlərinə görə, Gürcüstanın qaz kəsirini doldurmaq üçün Rusiya qazının idxalını artırmaq lazım gələcək.
K.Kaladze bildirib ki, “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”nin həyata keçirilməsinin planlaşdırıldığı 2019-cu ilə qədər Gürcüstan tədarükdən əlavə daha 5% əldə edəcək, bu da illik 1,5 mlrd. kubmetr qaz təşkil edəcək və ölkədə qaz çatışmazlığı problemini həll edəcək.
O məlumat verib ki, SOCAR 2016-cı ildə reallaşdırılması planlaşdırılan Gürcüstanda qaz anbarının tikintisində iştiraka maraq göstərib.
Gürcüstan Azərbaycanın iki mənbəyindən qaz alır. 2015-ci ildə “Mərhələ-1” çərçivəsində Gürcüstana 750 mln. kubmetrə yaxın qaz tədarük olunub.
Bundan başqa, ötən il SOCAR-ın öz yataqlarından Gürcüstana 1,35 mlrd. kubmetr qaz idxal edilb.
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət