Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Tbilisidə keçirilmiş beşinci üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmlənməsinin zəruri olmasına dair birgə rəyi bölüşüblər.
Sənəddə tərəflərin strateji tərəfdaşlıq və siyasi dialoqu dərinləşdirməyə hazır olduqları ifadə olunub.
Bəyannamə müəllifləri bu günlərdə Türkiyədə törədilmiş, mülki əhali və hərbi qulluqçuları hədəfə almış, 35-dən çox insanın ölümü, çoxsaylı insanın yaralanması ilə nəticələnmiş terror aktlarını qınayıblar. Azərbaycan və Gürcüstan XİN başçıları M.Çavuşoğluna və Türkiyə xalqına terror aktlarının çoxsaylı qurbanları ilə əlaqədar başsağlığı veriblər.
Sənəddə qeyd olunur ki, regionda mövcud olan münaqişələr sülh, sabitlik və iqtisadi inkişafa mane olur və beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsipləri əsasında dinc yolla həll olunmalıdır.
Ardı var
R.Babayev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət