Ukraynanın Azərbaycandakı səfirliyində Maydan hərəkatında həlak olanların xatirəsi yad edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Tədbirlə əlaqədar olaraq Ukraynanın Azərbaycandakı səfirliyinin binasında Ukrayna və Azərbaycanın görkəmli tarixçilərinin, siyasətçilərinin, eləcə də ölkədə yaşayan Ukrayna icması nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko qeyd edib ki, Maydan Ukrayna xalqının iradəsinin ifadəsidir.
“Ukraynalı tələbələr həmişə Ukrayna etiraz hərəkatının təbliğatçıları olublar, onlar həmişə Ukrayna xalqının hüquqlarının və dövlətin bütövlüyünün müdafiəsinə qalxıblar. Maydan Ukrayna xalqının özünü ifadə forması, öz ölkəsinin sahibi olmaq üçün atdığı addımdır”,- deyə diplomat qeyd edib.
O, həmçinin söyləyib ki, Rusiya tərəfi indiyə qədər Maydan hərəkatının mahiyyətini təhrif etməyə və onu Kreml üçün əlverişli olan variantda təqdim etməyə çalışır.
Tarix elmləri doktoru İradə Bağırova qeyd edib ki, Azərbaycan öz tarixi boynca çətin günlər yaşayıb, 1988-ci ildə ermənilər Dağlıq Qarabağı respublikamızdan qoparmağa başladılar, 1990-cı ilin yanvar ayında isə Kreml öz qoşunlarını Bakıya yeritdi. O zaman biz qardaş Ukrayna xalqının dəstəyini hiss etdik. Lakin o dövrdə internet yox idi, KİV-lərdən istifadə imkanları məhdud idi, yalnız televiziya vasitəsi ilə xəbərlərin yayımı mümkün olurdu. Yanvar hadisələri zamanı biz 7 gün ərzində tamamilə təcrid olunduq, yalnız radiodan xəbərləri dinləyə bildik, çünki Sovet qoşunları 1990-cı ildə teleqüllədə partlayış törətmişdi”, - deyə o bildirib.
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət