İlkin qiymətləndirmələrə əsasən, erməni təcavüzü nəticəsində Azərbaycana dəymiş zərərin məbləği $828 mlrd.-dan artıq təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Avrasiya Qiymətləndiricilər Birlikləri
Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələri Tərəfindən İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı məlumat verib.
“Ermənistanın Azərbaycana qarşı həyata keçirildiyi işğalçı və təcavüzkar siyasət ölkəmizə $828 mlrd.-dan artıq ilkin məbləğdə ziyan vurub”, - deyə o bildirib.
Deputatın sözlərinə görə, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycana vurulmuş ziyanın dəqiq məbləğinin müəyyən edilməsi bir çox çətinliklərlə əlaqədardır.
“Qiymətləndirmə fəaliyyəti zamanı işğal edilmiş ərazilərin kosmosdan çəkilən şəkillərindən istifadə edirik. Zərərin daha dəqiq müəyyən olunması məqsədilə ermənilərin işğal etdikləri şəhər və qəsəbələrdə olmaq lazımdır ki, bu da işğal faktı ilə əlaqədar bu gün mümkün deyil. Dəymiş ziyanın qiymətləndirilməsi üçün yerlərdə şəkillərin çəkilməsi və müvafiq sənədlərlə iş aparmaq lazımdır”, - deyə X.Kazımlı bildirib.
İşçi Qrupunun rəhbəri vurğulayıb ki, erməni təcavüzü nəticəsində Azərbaycana vurulmuş ziyana dair son rəqəmlərin hesablanması zamanı bir çox amilləri nəzərə almaq lazımdır.
“Bu, həm qaçqın və məburi köçkünlər üçün şəhərciklərin tikintisi üçün xərclər, həm də onların qaz, elektrik enerjisi, su ilə təchiz olunmasıdır. Çünki bunlar dövlət büdcəsi hesabına həyata keçirilib. Və yaxıd Azərbaycan əhalisinin bir hissəsini içməli su ilə təmin etmək məqsədilə tikilən Sərsəng su anbarını qeyd edək. Bu gün həmin su anbarından istifadə edə bilmirik, bu səbədən artezian quyuları qazmağa məcbur olduq ki, bu da əlavə xərclərlə əlaqədardır”, - deyə X.Kazımlı qeyd edib.
Onun sözlərinə görə, bu səbəbdən Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana dəymiş ziyanın son məbləğinin müəyyən olunması istiqamətində hələ böyük iş görülməlidir.
“Bu çox zəhmət tələb edən işin aparılmasında məqsəd Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə nizamlanandan sonra vurulmuş ziyana görə Ermənistandan kompensasiya almaq üçün beynəlxalq təşkilatlara məlumatların təqdim olunmasıdır”, - deyə deputat vurğulayıb.
O deyib ki, dağıdılmış infrastrukturun bərpasına da iri həcmdə vəsait yönəldiləcək.
“İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə də çox iri həcmdə vəsait və zaman lazım olacaq. Ölkəmizə vurulan ziyanın qiymətləndirilməsi zaman bunu da nəzərə almaq lazımdır”, - deyə X.Kazımlı bəyan edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət