Azərbaycandan Rusiyaya ixrac edilən bütün məhsullar yerli maldır. Bu barədə jurnalistlərə bazar ertəsi Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.
“Biz bu məsələyə xüsusi diqqət yetiririk. Bu, qannun tələbidir. Azərbaycandan ixrac edilən istənilən məhsul, o cümlədən kənd təsərrüfatı məhsulları istehsal olunduğu yer haqqında sertifikatı olarsa, qeydiyyata alınır”, - deyə A.Əliyev qeyd edib.
Onun sözlərinə görə, hazırda “Rusiyaya satılan malların arasında Azərbaycan istehsalı olmayan məhsul yoxdur”.
“Biz son günlər xarici ticarət əməliyyatlarını yenidən diqqətlə yoxlamışıq. Bütün məhsullar Azərbaycan məhsullardır”, - deyə A.Əliyev bildirib.
Bununla yanaşı, o söyləyib ki, Rusiya idxal edilən məhsullların hansı ölkədən gəldiyinə nəzarət etmək hüququna malikdir.
Xəbər verildiyi kimi “Rosselxoznadzor”un mütəxəssisləri martın 14-də Azərbaycana gələcəklər. Onlar meyvə-tərəvəz məhsullarının yetişdirilmə, istehsal və saxlanma şəraitini təftiş edəcək, həmçinin RF-yə tədarük edilən meyvə-tərəvəz məhsullarının fitosanitar sertifikatlaşdırma sistemi ilə tanış olacaqlar. Səfər martın 18-nə qədər davam edəcək.
“Rosselxoznadzor” bildirib ki, bu il Azərbaycandan pomidor tədarükü 3,5 min ton artıb. Xidmət nümayəndəsi bu malların qadağan edilmiş Türkiyə və Avropa məhsullarının təkrar ixracı ola biləcəyindən ehtiyatlandığını qeyd edib. Azərbaycan tərəfi Rusiyada meyvə-tərəvəz ixracının artmasını Azərbaycan biznesinin Rusiya bazarında əlavə resurslar mənimsəmək istəməsi ilə əlaqələndirib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət