Azərbaycan 2016-cı ildə Rusiyaya təzə meyvə-tərəvəz tədarükü üzrə liderlərin üçlüyünə daxil ola bilər. Ukraynanın «АПК-Информ: овощи и фрукты» layihəsinin rəhbəri Tatyana Qetman belə hesab edir.
“Geosiyasi vəziyyətin dəyişiməsi Azərbaycanın meyvə-tərəvəz sahəsinin inkişafına müsbət təsir edəcək. Ölkə təzə və emal olunan meyvə-tərəvəzin əsas dünya idxalçılarından olan Rusiyada bütün məhsul qrupu üzrə ixracı artırmaq imkanı əldə edəcək”, - deyə T.Qetman bildirib.
«АПК-Информ: овощи и фрукты» layihəsinin məlumatına görə, Rusiyanın meyvə-tərəvəz idxalından asılılığı hər zaman çox yüksək səviyyədə olub. Bununla belə, ölkə idxal məhsullarına əsas tələbatı Aİ və Türkiyədən tədarük hesabına ödəyirdi. Hazırda Rusiyada həmin regionlardan təzə meyvə-tərəvəz tədarükünə embarqo qüvvədədir. Bununla əlaqədar alternativ tədarükçülərin axtarışı məsələsi gündəmdədir və Azərbaycan onlardan biridir.
“Bu gün Rusiya idxalı yerli məhsulla əvəz etmək məqsədilə daxili istehsalı fəal inkişaf etdirir. Lakin hətta dövlət səviyyəsində ciddi dəstək şəraitində bu ölkədə idxalın əvəz olunması prosesi uzun illər davam edə bilər. Bu səbəbdən hələ uzun müddət idxala tələbat ciddi şəkildə müşahidə olunacaq. Bununla əlaqədar Azərbaycan tədarükçülər reytinqində yüksək mövqe tutmaq imkanı əldə edəcək”, - deyə o hesab edir.
T.Qetman bildirib ki, ilk növbədə söhbət istixanada yetişdirilən tərəvəzlər, alma və çəyirdəkli meyvələrdən gedir. “Azərbaycanın iqlimi bu məhsulları yaxşı keyfiyyətdə və iri həcmdə yetişdirməyə imkan verir. Bu isə ixrac üçün əsas şərtdir”, - deyə o əlavə edib.
2015-ci ildə Rusiyaya təzə meyvə-tərəvəz idxalının coğrafiyası çox dəyişməyib, çünki ölkəyə iri həcmdə məhsul embarqo tətbiq olunmayan Belarus, Qazaxıstan və digər ölkələr vasitəsilə təkrar ixrac yolu ilə Aİ-dən gətirilib. “Ötən il Rusiya həmin ölkələrlə sərhəddə nəzarəti gücləndirdi. Bununla əlaqədar təkrar ixrac axını dəfələrlə azalıb ki, bu da Azərbaycanın RF-nin meyvə-tərəvəz bazarında imkanlarını olduqca genişləndirir”, - deyə layihənin rəhbəri vurğulayıb.
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət