Rusiya Federasiyasının Bakıdakı səfiri Vladimir Doroxin qeyd edir ki, Moskva Azərbaycanın çiçəklənən və sabitölkə olmasındamaraqlıdır.
"Rusiya çiçəklənən, sabit və güclü qonşusunun olmasında maraqlıdır və Azərbaycana bütün istiqamətlərdə uğurlar arzu edir”, - deyə V.Doroxin iyunun 8-də Rusiya Günü münasibəti ilə keçirilən qəbulda bildirib.
Onun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra Azərbaycan və Rusiya qonşu, ümumi tarixlə malik ölkələr kimi bütün illər ərzindəbirlikdə olublar. "Biz qarşılıqlı əlaqələrin optimal modelini qura bilmişik. Onların əsasında qarşılıqlı hörmət, bir-birimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin şərtsiz tanınması durur", - deyə səfir vurğulayıb.
V.Doroxin əlavə edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıdır və "öz vasitəçi funksiyalarını fəal şəkildə yerinə yetirməyə davam edəcək".
Səfir əlavə edib ki, Rusiya müstəqilliyini bərpa etdikdən sonra 26 il ərzində bir çox çətinliklərin öhdəsindən gəlib. Hazırda Rusiya öz yolu ilə gedir. "Biz heç kimin pisliyini istəmirik və beynəlxalq hüquq əsasında hərəkət edərək öz maraqlarımızı bundan sonra da müdafiə edəcək, eyni zamanda, başqa ölkələrin milli maraqlarını da tanıyacağıq", - deyə V.Doroxin qeyd edib.
Qəbulda iştirak edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin adından səfiri milli bayram münasibətilə təbrik edib. Nazir əlavə edib ki, Azərbaycan və Rusiya arasında münasibətlər dinamik şəkildə inkişaf edir, mal dövriyyəsi artır, Bakının Rusiya regionları ilə əlaqələri genişlənir. O vurğulayıb ki, Azərbaycan və Rusiya arasında humanitar sahədə münasibətlər "başqa ölkələr üçün örnək ola bilər".*
A.Əzizov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət