2017-ci ilə qədər Azərbaycan və Rusiya Abşeronda “Hayat Pharm” birgə əczaçılıq müəssisəsinin inşasına başlayacaq. Bu barədə “Деловая Россия” Ümumrusiya ictimai təşkilatın prezidenti Aleksey Repik bəyan edib.
“Bu il müəssisənin inşası üzrə konkret işlərə başlanacaq”, - deyə A.Repik bazar ertəsi Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, müəssisə artıq 2017-ci ildə istehsal edilən məhsulların satışına başlamağı ümid edir. “Layihənin ilk mərhələsində investisiyalar onlarla milyon ABŞ dolları həcmində qiymətləndirilir”, - deyə o əlavə edib.
Öz növbəsində, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib ki, “Hayat Pharm” Abşeron yarımadası ərazisində yerləşəcək. Müəssisə sənaye parklarının ərazisində fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulan bütün vergi güzəştlərindən istifadə edə biləcək.
“Hayat Pharm” birgə müəssisəsi əczaçılıq kompleksinin yaradılması üzrə uzunmüddətli layihənin reallaşdırılması məqsədilə təsis edilib. Layihənin reallaşdırılması zamanı WHO Technical Report series, ISPE Good Practice Guide normalarına uyğun olaraq, istehsalat üzrə GMP son nəsil texnologiyalardan istifadə olunacaq. BM-da onkoloji, gematoloji, autoimmun və endokrinoloji xəstəliklər, QİÇS və müxtəlif hepatitlərin müalicəsi üçün dərmanlar istehsal olunacaq. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət