Rusiya Federasiyasının prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşün əvvəlində son zamanlar müşahidə olunan ikitərəfli əmtəə dövriyyəsinin azalması problemini müzakirə etmək istəyini ifadə edib.
"Bizim hansı problemlə bağlı toplaşmağımız yaxşı məlumdur. Bu, bizə çoxdan qalmış Qarabağ problemidir. Lakin mən bizim görüşümüzdən istifadə edib, ilk növbədə yenicə başa çatmış Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu fonunda ikitərəfli münasibətlərimiz barədə də danışmaq istərdim. Təəssüflə qeyd etmək istərdim ki, bizə məlum olan səbəblər üzündən həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin bir qədər azalmasını müşahidə edirik. Burada enerji daşıyıcılarının qiymətlərinin azalması da, valyutaların məzənnə fərqləri də təsir göstərir. Biz sizinlə səbəbləri bilirik", - deyə o, İ.Əliyevlə görüşün əvvəlində bildirib.
Bundan başqa, Rusiya prezidenti ikitərəfli əməkdaşlığın humanitar aspektlərini də müzakirə etmək niyyətində olduğunu deyib.
"Azərbaycanda rus dilinin öyrənilməsinə necə qayğı ilə yanaşıldığını, bizim ali məktəblərimizin filiallarının necə uğurla fəaliyyət göstərdiyini bilirik. Biz bütün bunları yüksək qiymətləndiririk. Ümidvaram ki, bu iş bütün istiqamətlər üzrə davam etdiriləcək", - deyə o söyləyib.
Öz növbəsində prezident İ.Əliyev V.Putini növbəti Peterburq Beynəlxalq İqtisadi Forumunun uğurla keçirilməsi münasibətilə təbrik edib.
"Builki Forum yubiley forumudur. Forum bu illər ərzində qlobal siyasət və iqtisadiyyat məsələlərinin müzakirəsi və həlli üçün ən mühüm məkanlardan birinə çevrilib. Azərbaycan Forumun işində fəal iştirak edib. Bizə xüsusilə xoşdur ki, Azərbaycanda Rusiya Bankı tərəfindən qismən maliyyələşdiriləcək iri energetika obyektinin yaradılması barədə sənəd Sizin iştirakınızla imzalanıb", - deyə İ.Əliyev vurğulayıb.
Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsinin azalmasına gəlincə, o, bunun müvəqqəti hal olduğuna əminlik ifadə edib.
"Biz onun bərpa edilməsi və artırılması yollarını axtarırıq. Düşünürəm ki, belə də olacaq. Energetika sahəsində fəal qarşılıqlı əlaqələrimiz, nəqliyyat sahəsində əməkdaşlıqda yaxşı perspektivlər var", - deyə İ.Əliyev qeyd edib.
O, V.Putini Azərbaycanda görməyə ümid etdiyini deyib.*
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət