Azərbaycan hökuməti sentyabra qədər Qarabağ münaqişəsi zonasında aprel ayında ermənilərin atəşi nəticəsində zərər dəyən evlərin bərpasını başa çatdıracaq. Bu barədə baş nazirin müavini Abid Şərifov bəyan edib.
“Sentyabra qədər cəbhəyanı zonada erməni tərəfindən atəş nəticəsində zərər dəyən evlərin bərpası prosesi başa çatacaq”, - deyə A.Şərifov ANS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Ağdam, Tərtər və Goranboy rayonlarında erməni atəşi nəticəsində zərər dəyən 300 ev bərpa olunub və zəruri hər şeylə təmin edilib.
“Atəş nəticəsində dağıdılan hələ 30 ev qalıb. Bu tədbirlər ölkə prezidentinin sərəncamına əsasən həyata keçirilir. Bəzi evlər bərpa olunub, digərləri sökülüb və yenidən inşa edilib. Həmçinin bir məktəb istifadəyə verilib”, - deyə A.Şərifov bəyan edib.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri apreldə hərbi toqquşmalar zamanı Ermənistan tərəfindən atılan partlamamış mərmilərin zərərsizləşdirilməsi üzrə iş aparırlar.
“Indiyədək ANAMA qeyd edilən rayonlarda 700-800 partlamamış mərmi, o cümlədən istifadəsi qadağan olunan bir mərmi zərərsişlədirib”, - deyə A.Şərifov bildirib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət