Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Rusiya Xarci İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı Qarabağ münaqişəsinin nizamlanmasına dair erməniyönümlü mövqedə ittiham edib.
“Mariya Zaxarovanın Sankt-Peterburqda prezidentlərin görüşünün yekunlarına dair Novruz Məmmədovun (Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini -İF) bəyanatının şərhinə diqqəti yönəltmək istərdim. O, bəyanatı “təhrif olunmuş izah” adlandırıb”, - deyə Q.Həsənquliyev cümə günü parlamentin növbədənkənar plenar iclasında bəyan edib.
Deputat vurğulayıb ki, M.Zaxarovanın statusu və bu bəyanata reaksiyasını nəzərə alaraq, elə nəticə çıxarmaq olar ki, N.Məmmədov həqiqəti deyib.
Onun sözlərinə görə, bu cür reaksiya sübut edir ki, erməni tərəfi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə danışıqların gedişindən ciddi narahatdır.
“Danışıqların gedişi erməni tərəfini ciddi narahat edir. Zaxarovadan İrəvanda Qareqin Njdeyə abidənin ucaldılması barədə soruşanda, o cavab verdi ki, “ermənilərin bu hərəkəti bizi təəccübləndirib”. Hesab edirəm ki, Zaxarova erməniyönümlü mövqe tutur. Azərbaycan XİN onun Novruz Məmmədov barəsində sözlərinə reaksiya verməlidir”, - deyə Q.Həsənquliyev vurğulayıb.
Öncə N.Məmmədov yerli mətbuata müsahibəsində qeyd edib ki, Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın görüşü zamanı Qarabağ münaqişəsinin mərhələli həllinə dair razılıq əldə olunub. “Qarabağ münaqişəsinin mərhələli həlli əvvəlcə Azərbaycanın 5, ondan sonra 2 rayonunun azad olunmasını nəzərdə tutur”, - deyə N.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, bu rayonlar azad olunduqdan sonra dəhlizin, “daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi həll olunacaq”. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət