İndiyədək Azərbaycan iqtisadiyyatına yatırılan Türkiyə investisiyalarının həcmi $10 mlrd. təşkil edir. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
“Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 8 mlrd. ABŞ dolları məbləğində investisiya yatırıb. 2018-ci ilə qədər bu göstəricinin 20 mlrd. ABŞ dollarına çatdırılması gözlənilir. Bununla yanaşı, Türkiyənin Azərbaycana sərmayələrinin həcmi 10 mlrd. ABŞ dolları təşkil edir”, - deyə Ş.Mustafayev Türkiyənin “Yeni Şəfəq” qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, bu günə Azərbaycanda 2,7 minə yaxın Türkiyə şirkəti, Türkiyədə isə 700-dən artıq Azərbaycan şirkəti fəaliyyət göstərir.
“Bu şirkətlər, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir. Türkiyə şirkətləri Azərbaycanda $10,6 mlrd. həcmində infrastruktur layihələrin podratçısı olub”, - deyə o qeyd edib.
Bundan başqa, nazir vurğulayıb ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönələn “Cənubi Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında Ankara və Bakının birgə fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Ş.Mustafayev həmçinin qeyd edib ki, Bakı-Tiflis-Qars dəmiryolu nəqliyyat dəhlizi yaxın zamanda istifadəyə veriləcək.
“Bu kimi əhəmiyyətli layihələr yalnız Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun rifahına xidmət edir. Bundan başqa, Azərbaycan sərmayələri ilə həyata keçirilən “STAR” NEZ və Petkim neft-kimya kompleksini nümunə gətirmək olar. Azərbaycanın xarici ölkələrə sərmayələrinin həcmi üzrə Türkiyə birinci yerdədir”, - deyə nazir vurğulayıb.
Ş.Mustafayev xüsusilə bəyan edib ki, Ankara və Bakı “əlaqələrə zərrə qədər zərər verə biləcək heç bir addım atmır”. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət