Bakı və Tehran Azərbaycan-İran-Rusiya prezidentlərinin keçiriləcək üçtərəfli görüşünə böyük əhəmiyyət verir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Çərşənbə axşamı xarici işlər naziri Elmar Məmmədyarov və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi görüş zamanı Azərbaycan prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə avqustun 8-də keçiriləcək Azərbaycan-İran-Rusiya dövlət başçılarının üçtərəfli görüşünün əhəmiyyətini vurğuladılar”, - deyə məlumatda qeyd olunur.
Şimal-Cənub nəqliyyat dəhlizinin dövlət başçılarının üçtərəfli görüşündə əsas mövzulardan biri olacağını qeyd edən nazirlər bu layihənin regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə etdilər.
“Tərəflər həmçinin Azərbaycan və İran arasında əlaqələrin dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında uğurla inkişaf etdiyini qeyd edərək, nəqliyyat, əczaçılıq, maşınqayırma, neft-qaz, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə etdilər”, - deyə məlumatda vurğulanır. **
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət