Azərbaycandakı yəhudi icması ölkənin həyatında fəal rol oynayır. Bu sözləri prezident İlham Əliyev sentyabrın 5-də İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterlə görüşdə bildirib.
Əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və dostluq şəraitində yaşamalarını Azərbaycanın ən böyük sərvətlərindən biri kimi dəyərləndirən dövlət başçısı ölkəmizdəki yəhudi icmasının da cəmiyyətimizin fəal hissəsi olduğunu deyib.
Prezident İ.Əliyev ölkəmizdə multikulturalizm, sülh və dini tolerantlıq dəyərlərinin təbliğ olunduğunu vurğulayaraq bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirib.
Dünya ölkələrinin əksəriyyətinin çoxmillətli olduğunu deyən dövlət başçısı hər bir ölkənin daxilində əmin-amanlığın mövcudluğunun əhəmiyyətini də qeyd edib. O, bu baxımdan Azərbaycanın yaxşı nümunə kimi göstərilə bilən ölkələrdən biri olduğunu deyib.
Yəhudi icmasının Azərbaycanda böyük tarixə malik olduğunu, öz kimliklərini və ənənələrini qoruyub saxladıqlarını deyən prezident bu icmanın ölkəmizin inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib.
İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter bildirib ki, Azərbaycana səfər zamanı əsas məqsəd müxtəlif mədəniyyətlərarası, etnik və dini qruplararası dinc yanaşı yaşama məsələləri ilə yaxından tanış olmaqdır. O, Azərbaycanın multikulturalizm məsələlərinə böyük önəm verən çox az sayda ölkələrdən biri olduğunu deyib.
Qonaq İsveçrənin Azərbaycanla ikitərəfli münasibətlərinə toxunaraq bu əlaqələrin inkişafından çox məmnun olduqlarını bildirib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət