2016-cı ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi istehsalının ümumi həcmi 15 mlrd. 91,2 mln. kVt/saat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla yanaşı, hesabat dövründə ölkədə 14 mlrd. 419,5 mln. kVt/saat (azalma 2,7%) əmtəəlik elektrik enerjisi istehsal olunub.
2016-cı ilin yanvar-avqust aylarında “Azərenerji” ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı - İF) istilik elektrik stansiyaları 13 mlrd. 561,9 mln. kVt/saat (azalma 5,4%), su elektrik stansiyaları 1 mlrd. 474,4 mln. kVt/saat (artım 22,5%) əmtəəlik elektrik enerjisi istehsal ediblər.
Bundan başqa, qeyd olunan dövrdə respublikada əmtəəlik külək enerjisinin istehsal həcmi 11,1 mln. kVt/saat (artım 2,4 dəfə), günəş enerjisinin istehsal həcmi 43,8 mln. kVt/saat (artım 16,2 dəfə) təşkil edib.
Elektrik enerjisi istehsalının ümumi və əmtəəlik göstəriciləri arasında fərq onunla izah olunur ki, “Azərenerji” ASC istehsal olunan elektrik enerjisinin bir hissəsini öz tələbatının təmin olunmasına sərf edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət