Qarabağ münaqişəsinin nizamlanmasına dair substantiv danışıqlar status-kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğalından azad olunmasına yönəlib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bəyan edib.
“KİV-ə çox məlumat verilməsə də, substantiv danışıqlar bu gün davam edir. Bu substantiv danışıqlar da, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi, qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğalından azad olunması ilə nəticələnməlidir”, -deyə H.Hacıyev ABŞ dövlət katibinin bəyanatına münasibət bildirib.
Onun sözlərinə görə, münaqişənin həlli ilə əlaqədar yeni formula və ya düsturların kəşf edilməsinə ehtiyac yoxdur.Münaqişənin həlli siyasi-hüquqi əsasları çoxdan məlumdur. “Bunu da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı təşkil edir”, - deyə H.HacIyev vurğulayıb.
XİN rəsmisi bildirib ki, müxtəlif bəhanələr və təxribatlarla münaqişənin həllinə xələl gətirməyə çalışan tərəf məhz Ermənistandır. “Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan münaqişənin tezliklə nizamlanmasında maraqlıdır. Vyana və Sank-Peterburq görüşlərinin ruhuna sadiq qalaraq Azərbaycan münaqişənin substantiv danışıqlar yolu ilə həllinin tərəfdarıdır”, - deyə H.Hacıyev bəyan edib.
Dünən ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bildirib ki, “dondurulmuş” Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hazırda mümkünsüz görünür. O vurğulayıb ki, hazırda Azərbaycan və Ermənistan liderlər buna hazır deyillər.**
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət