2016-cı ilin yanvar-avqust aylarında Qazaxıstandan neft və neft məhsullarının Azərbaycan ərazisi ilə “Batumi neft terminal”ı istiqamətində daşınmasının həcmi 1,6 mln. ton təşkil edib. Bu barədə energetika naziri Natiq Əliyev bu gün rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edib.
«2015-ci ildə Qazaxıstandan neft və neft məhsullarının Azərbaycan ərazisi ilə “Batumi neft terminal”ı istiqamətində daşınmasının həcmi 2,9 mln. ton, 2016-cı ilin 8 ayı ərzində isə 1,6 mln. ton təşkil edib», - deyə nazir bildirib.
O vurğulayıb ki, Qazaxıstan enerji əməkdaşlığında Batumi limanındakı neft terminalından mayeləşdirilmiş karbohidrogen qazının (LPG) ixracının bərpasına da önəm verir. “Tərəflər bu liman vasitəsilə maye qazın ixracı imkanlarının öyrənilməsində razılığa gələrək, bunun nə dərəcədə səmərəli olmasını araşdırmaq qərarına gəliblər.Batumi neft terminalından Azərbaycan mayeləşdirilmiş karbohidrogen qazının daşınmasının həcmi 2010-cu ildə 156 min ton təşkil edib. 2014-cü ildə bu göstərici 23 min tona qədər azalıb, 2015-ci ildə isə mayeləşdirilmiş karbohidrogen qazının daşınması tamamilə dayandırılıb”, - deyə N.Əliyev əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan Qazaxıstanın karbohidrogen ehtiyatlarının nəqli və saxlanması üçün Kulevi “Black Sea” Terminalının imkanlarından yararlanmağı daha məqsədəuyğun hesab edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət