Azərbaycan “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” ilə illik 700 Mvt-a qədər elektrik enerjisi ixrac edə biləcək. Bu barədə energetika naziri Natiq Əliyev qeyd edib.
“Hazırda “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü”nün yaradılması istiqamətində işlər davam edir. Bu layihə Azərbaycanın Gürcüstan və Türkiyə, gələcəkdə isə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmasını və bu istiqamətdə 700 Mvt-a qədər elektrik enerjisinin ixracını təmin edəcək”, - deyə N.Əliyev “Respublika” qəzetində dərc edilmiş məqaləsində bildirib.
O qeyd edib ki, hazırda Rusiya-Azərbaycan-İran arasında enerji dəhlizinin yaradılması istiqamətində də iş aparılır. "Rusiya-Azərbaycan-İran arasında enerji dəhlizinin yaradılması üçün zəruru texniki və siyasi vəziyyət qənaətbəxşdir və bu dəhlizin üstünlükləri Azərbaycanın iki qonşu ölkə arasında körpü rolunu möhkəmləndirmək, elektrik enerjisinin tranziti, digər ölkələrlə enerji mübadiləsi, yeni elektrik enerjisi bazarlarının yaranmasını təmin etməkdən ibarətdir", - deyə nazir əlavə edib.
“Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi” çərçivəsində elektrik enerjisi Azərbaycandan Samux-Qardabani elektrik xətti ilə Gürcüstana, "Axaltsixe" yarımstansiyası vasitəsilə isə Türkiyəyə ötürüləcək.
Xəbər verildiyi kimi, "Azərenerji" ASC, “Gürcüstan Dövlət Elektrik Sistemi” MMC və Türkiyə Elektrik Enerjisinin Ötürülməsi Korporasiyası 2009-cu ilin aprel ayında Tbilisidə “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” layihəsi üzrə anlaşma memorandumu imzalayıblar.
2009-cu ilin sentyabr ayında “Gürcüstan Dövlət Elektrik Sistemi” MMC Gürcüstan və Türkiyə arasında elektrik ötürücü xəttinin tikintisinə başlayıb.
2010-cu ilin sentyabrında Azərbaycan Türkiyə ilə enerji körpüsünün yaradılması məqsədilə Gürcüstanla iki ölkənin enerji sistemləri arasında gələcək enerji əlaqələrinin inkişafına dair memorandum imzalayaraq bu layihəyə qoşulub.
Hazırda Gürcüstan və Azərbaycan arasında elektrik enerjisinin ötürülməsi 330 kV-luq “Qardabani” EÖX vasitəsilə həyata keçirilir.
2013-cü il dekabrın əvvəllərində Gürcüstan və Türkiyə arasında 500/400/220 kV-luq “Axaltsixe” yarımstansiyası və 400 kV-luq elektrik ötürücü xətləri istifadəyə verilib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət