Yalnız ən yüksək səviyyədə təkan Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlanmasına dair danışıqlar prosesini mövcud dalandan çıxara bilər. Milli Məclisin deputatı, politoloq Rssim Musabəyov belə hesab edir.
“Yalnız ən yüksək səviyyədə təkan danışıqları dalandan çıxara bilər”, - deyə R.Musabəyov ATƏT-in Minsk qrupunun Azərbaycana səfərini şərh edərkən bildirib.
Bununla yanaşı, o qeyd edib ki, vasitəçilərin regiona səfərinə xüsusi əhəmiyyət vermək lazım deyil. “Birincisi, səfərə yekun vurmaq tezdir. Onlar hələ Ermənistanda danışıqlar aparmalıdırlar. İkincisi, vasitəçilərin səfərinin əhəmiyyətini şişirtmək lazım deyil. Onlar orta səviyyəli məmurlardır və nizamlanma prosesini real şəkildə irəli aparmaq iqtidarında deyillər. Özlərinin xarici işlər nazirləri üçün kağızlar yazırlar. Əgər XİN başçıları və ya prezidentçlər səviyyəsində ciddi təkan olmazsa, danışıqlar prosesinin irəliləməsini gözləməyə dəyməz”, - deyə ekspert vurğulayıb.
R.Musabəyov hesab edir ki, hətta yaxın zamanda Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilsə belə, çətin ki, danışıqlar prosesində irəliləyiş əldə olunsun. “Təkrar edirəm, yalnız ən yüksək səviyyədə təkan danışıqları dalandan çıxara bilər. Lakin hələlik yüksək səviyyədə görüşün keçiriləcəyi və kimin tərəfindən təşkil olunacağı məlum deyil”, - deyə o bəyan edib.
ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz olmasını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində digər formatlardan istifadə məsələsini şərh edərkən politoloq digər təşkilat və ölkələri vasitəçilik missiyasına cəlb etmək kimi cəhdləri perspektivsiz addım adlandırdı.
“Bu mənasız addımdır - kimisə cəlb etmək. Minsk qrupu ilə əməkdaşlıq etməyəcəyik. Bəs sonra? Nizamlanma prosesini real olaraq BMT Təhülkəsizlik Şurasının üzvü olan üç iri dövlət (Rusiya, Fransa və ABŞ - İF-Az) irəliyə apara bilər. Daha hansı vasitəçilər buna qadirdir? Əgər Minsk qrupundan və bura daxil olan ölkələrdən başqa bu prosesi irəliyə apara bilərsə, o zaman heç bir Minsk qrupu paralel təşəbbüskar vasitəçilərə mane olmur”, - deyə R.Musabəyov vurğulayıb.
Onun sözlərinə görə, BMT-nin yeni baş katibi Antonio Quterreşin teoretik olaraq Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə qoşulması mümkündür.
“Misal üçün, BMT-nin yeni baş katibi gələrək bu prosesi irəli aparmağa cəhd göstərsin. Və yaxud, Minsk qrupunun üzvü olan və hazırda bu qurumda sədrlik edən Almaniya. Qoy təşəbbüs irəli sürsün və vəziyyətin müzakirəsi məqsədilə Minsk konfransı keçirsin. Lakin, bu az inanılandır. Bu səbəbdən, reallıq ondan ibarətdir ki, yaxud istənilən güzəştə ətraflı baxılacaq və prosesi ölü nöqtədən irəli sürmək mümkün olacaq, və ya, düşündüyüm kimi, vəziyyət qoşunların təmas xəttində ciddi çətinliklərlə yenidən dinamikaya gətiriləcək”, - deyə R.Musabəyov bəyan edib.
Bununla yanaşı, parlamentari vurğulayıb ki, bu gün dünya oyunçuları digər regionlarda bir çox münaqişəli vəziyyətlərin həlli ilə məşğuldurlar. Bu da Ermənistan-Azərbaycan probleminin nizamlanmasını ikinci planda qoyur. “Hərbi əməliyyatlar başlayanda (Qarabağ münaqişəsi zonasında - İF), o zaman . Bundan başqa, Suriya, Ukrayna var, burada vəziyyət daha çox diqqət cəlb edir. Həmin Fransa, Rusiya və ABŞ-ı. Bizə isə deyirlər “25 il dözmüsünüz, bir qədər də dözün”, - deyə politoloq qeyd edib.
Onun fikrincə, yaxın illərdə Ermənistan rəhbərliyindən Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyində əsaslı dəyişikliklər gözləməyə dəyməz. “Görünür, S.Sarqsyan hakimiyyəti heç kimə vermək niyyətində deyil. Bu o deməkdir ki, bundan sonra da Ermənistanı eyni adamlar idarə edəcək”, - deyə politoloq bəyan edib. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət