Rusiya iqtisadiyyatına Azərbaycanın birbaşa investisiyaları $1 mlrd.-ı ötüb. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bəyan edib.
“Hazırda Azərbaycanda Rusiya kapitalı ilə 600-ə yaxın şirkət fəaliyyət göstərir. Son illər ərzində Rusiyanın Azərbaycan iqtisadiyyatına $3 mlrd.-dan artıq vəsait yatırılıb. Öz növbəsibndə, Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına birbaşa investisiyalar $1 mlrd.-dan artıq təşkil edib”, - deyə S.Məmmədov Pravda.Ru portalına müsahibəsində bildirib.
Nazir müavini son illər ərzində Rusiyada Azərbaycan şirkətləri tərəfindən reallaşdırılan bəzi uğurlu layihələri qeyd edib.
“Belə ki, bu il "Карат Холдинг" Yesentuki şəhərində dəyəri $25 mln. olan“Источник” sanatoriya-kurort mərkəzini istifadəyə verib. “Azersun Holding” şirkəti tərəfindən Krasnodar vilayətində $8 mln. dəyərində meyvə-tərəvəz konservlərinin emalı zavodu, həmçinin $8 mln. dəyərində çay fabriki inşa olunub. “Karvan-L” şirkəti tiinti layihələri və Kabardin-Balkarda "СТАЛПРОМ" şirkətinin təchiz olunması üzrə layihələr, o cümlədən, Dağıstan Respublikasında $1,5 mln.-a yaxın dəyərində "Анжи" idman kompleksinin tikintisini həyata keçirib. “Mətanət-A” şirkəti tərəfindən Krasnodar vilayətində $33 mln. dəyərində quru tikinti qatışığı istehsalı üzrə zavodun tikintisinə başlayıb”, - deyə S.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq məqsədilə davamlı müqavilə-hüquq bazası yaradılıb: 170-dən artıq, həmçinin iqtisadiyyat sahəsində 50-dən artıq sənəd imzalanıb.
“Ölkələrimiz arasında ticarət, sərmayələr, sənaye, yanacaq-enerji, aqrar, nəqliyyat, tranzit daşımaları, turizm, humanitar və digər sahələri əhatə edən hərtərəfli əməkdaşlıq qurulub və uğurla inkişaf edir”, - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, ticarət əlaqələri - Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətlıərindən biridir.
“Bu gün Rusiya Azərbaycanın ticarət dövriyyəsində 3-cü, idxal sahəsində 1-ci yeri tutur”, - deyə S.Məmmədov vurğulayıb. **
A.Axundov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət