Milli Məclisin sədri Oqtay Əsədov hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Dağlıq Qarabağla bağlı bəyanatı rəsmi Moskvanın mövqeyi deyil.
«Bordyuja savadsız danışır, buna görə də bu məsələni böyütmək lazım deyil. Onun təşkilatın baş katibi kimi söylədikləri Rusiyanın mövqeyini əks etdirmir. Bundan başqa, Bordyujanın yerinə erməni namizəd gətirmək istəyirdilər», - deyə o, bu gün parlamentin plenar iclasında bildirib.
Spiker deputatları məsələni böyütməməyə çağırıb.
İclasda çıxış edən deputat Qüdrət Həsənquliyev deyib ki, KTMT baş katibinin bu kimi bəyanatları rəsmi Moskvanın mövqeyinə zərbə vurur. «Ermənilər yenidən Azərbaycanla sərhəddə təxribat törədiblər və bu dəfə münaqişəyə üçüncü dövləti – Rusiyanı cəlb etməyi qərara alıblar. Erməni xalqı yadda saxlamalıdır ki, işğalçı hərbçilər Azərbaycan torpaqlarında yalnız ölüm tapacaqlar», - deyə o vurğulayıb.
Qeyd edək ki, N.Bordyuja dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində silahlı insidentin baş verməsi barədə məlumatı təşvişlə qarşıladığını bildirib. “Bu ilin aprel ayında Dağlıq Qarabağ Respublikasında ağır silahların və zirehli texnikanın istifadəsi ilə baş verən insidenti nəzərə alaraq, KTMT-yə üzv ölkənin ərazisində baş verən bu olayı təxribat kimi qiymətləndirik”, - deyə o qeyd edib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət