Azərbaycan şirkətləri Türkiyəyə 9 mlrd. ABŞ dolları, Gürcüstana 3,4 mlrd. ABŞ dolları investisiya yatırıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 minə yaxın, Türkiyədə isə Azərbaycan investisiyalı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 11 mlrd. ABŞ dolları, Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə 9 mlrd. ABŞ dollarıdır”, - deyə nazir İstanbulda 5-ci Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.
Onun sözlərinə görə, SOCAR-ın Türkiyəyə investisiyalarının həcmi 2020-ci ilədək 17 mlrd. dollara çatacaq.
Ş.Mustafayev əlavə edib ki, Gürcüstanda Azərbaycan sərmayələri əsasında 200-dən çox şirkət, Azərbaycanda isə 270-dən artıq gürcü şirkəti fəaliyyət göstərir. İndiyədək Azərbaycan Gürcüstana 3,4 mlrd. ABŞ dolları, Gürcüstan isə Azərbaycanın qeyri-neft sektoruna 76 mln. ABŞ dolları investisiya yatırıb.
Nazir ölkələrimizin nəqliyyat, investisiya, sənaye, İKT, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ilə tranzit yükdaşımaları üçün imkanlar əhəmiyyətli dərəcədə artacaq.
Ş.Mustafayev biznes forumda və türkiyəli və gürcü həmkarları ilə ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamlarını ölkəmizdə yaradılan sənaye parklarına və aqroparklara investisiya yatırmağa dəvət edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət