“AzRusTrans” Azərbaycan-Rusiya birgə şirkəti Finlandiyadan İrana yük daşınılması məqsədilə dəhliz yaratmağı planlaşdırır. Bu barədə şirkətin baş direktoru Cavid Quliyev bəyan edib.
“Finlandiyalı tərəfdaşlarla uğurlu danışıqlar apardıq. Finlandiyanın İran, Finlandiyanın Hindistanla ticarət dövriyyəsi milyardlarla dollar təşkil edir. Finlandiyadan yüklər çox mürəkkəb yolla nəql olunur: Fin körfəzindən keçməklə, bütün ölkələri ötərək Rusiyaya nəql olunur. Bu yol 40-45 gün vaxt aparır. Bəzən hətta 2 ay çəkir. Bizim köməyimizlə Finlandiya bu marşrutu 3 dəfə azalda bilər - cəmi 15 gün tələb olunacaq”, - deyə C.Quliyev Rusiyanın “Новые известия” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda marşrutun maya dəyərinə dair həll olunmayan məqamlar qalıb. “Hazırda bunun üzərində çalışırıq - Rusiya Dəmir Yolları və Azərbaycan Dəmir Yolları ilə fəal danışıqlar aparırıq. Yaxın zamanda Finlandiyadan yüklərin bu qısa marşrut ilə nəql olunacağına dair heç bir şübhə yoxdur. Bu, yenə də Rusiya üçün müsbət məqamdır. Çünki Rusiyaya göndərilməyən yüklər dəniz ilə nəql edilir. Yəni, bu Rusiya Dəmir Yolları üçün əlavə tranzit yükləridir”, - deyə o qeyd edib.
“AzRusTrans” QSC 6 sentyabr 2016- cı ildə Bakıda qeydiyyata alınıb. Şirkətin nizamnamə kaputalı 150 min manata bərabərdir. Şirkətin səhmlərinin 51%-i ADY, 49%-i “Русагротранс”a məxsusdur. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət