“SOCAR Turkiye Enerji” şirkəti Türkiyədə yeni neft-kimya müəssisəsinin yaradılması çərçivəsində texniki işlərə start verib. Bu barədə bu gün jurnalistlərə şirkətin prezidenti Zaur Qəhrəmanov bildirib.
“Türkiyədə yeni neft-kimya müəssisəsinin yaradılması istiqamətində işlər artıq başlanılıb. Bu, müstəqil surətdə həyata keçirməyimiz üçün çox böyük sərmayədir, bu səbəbdən bu sahədə təcrübəyə malik olan tərəfdaşlar axtarırıq. Hazırda layihənin texniki mərhələsinə start verilib və cari ilin sonunda başa çatacaq. Bu işlərin yekunları üzrə müəssisəsinin texniki parametrləri müəyyən ediləcək”, - deyə Z.Qəhrəmanov vurğulayıb.
O həmçinin məlumat verib ki, bu layihə Türkiyə hökuməti tərəfindən tam dəstəklənir.
“Bu, neft-kimya məhsullarının istehsalı üzrə əsaslı kompleks olacaq. Hətta burada kauçuk istehsaklının bərpası da mümkündür. Türkiyənin ticarət balansının mənfi saldosunda $11 mlrd. neft-kimya məhsullarının idxalının payına düşür. Bununla əlaqədar, Türkiyə hökuməti bu kompleksin inşasında maraqlıdır”, - deyə Z.Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, bu layihənin reallaşdırılması şirkətə neft emalı məhsullarından neft-kimya məhsullarının istehsalı üzrə bütöv silsilə yaratmağa imkan verəcək. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət