Bu gün Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşünün yekunda "Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük məsələlərində üçtərəfli geniş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair Birgə Bəyanat" imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Bundan başqa, gömrük orqanlarının rəhbərlərinin görüşünün yekunlarına dair "Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş" imzalanıb.
Görüş zamanı tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin yaradəılması layiohəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidmtələrinin əməkdaşlıq inkişafı perspektivləri müzakirə olunub.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu iştirakçı ölkələrin tranzit imkanlarının və qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsində, bazar prinsiplərinin dərinləşməsində xüsusi rol oynayacaq. “Bu layihənin reallaşmasında gömrük xidməti orqanlarının üzərinə böyük məsuliyyət düşəcək", - o vurğulayıb.
Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili qeyd edib ki, Bakı-Tbilisi-Qars layihəsinin reallaşmasından istənilən nəticəni əldə etmək üçün hər üç ölkənin gömrük xidməti rəhbərləri əməkdaşlığı dərinləşdirməlidirlər. "Məqsədimiz hər üç ölkə arasında ticarət dövriyyəsinin artırılmasıdır. Bu layihə məqsədimizə çatmaqda yardımçı olacaq. İnanıram ki, Baklı-Tbilisi-Qars şə düşdükdən sonra Qazaxıstan da bu layihələyə qoşulacaq və Orta Asiya ilə iqtisadi əlaqələrimiz və ticarət dövriyyəmiz artacaq", - o bildirib.
Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkci öz növbəsində qeyd edib ki, Bakı-Tbilisi-Qars layihəsinin Türkiyə hissəsində işlərin 85%-i tamamlanıb və 2017-ci ilin sonuna kimi başa çatacaqü. "Müəyyən çətinliklər səbəbindən layihəni vaxtında tamamlaya bilmədik. Lakin bu problemlər artıq aradna qaldırılıb və işlər tam sürətlə davam etdirilir", - o vurğulayıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət