Xarici işlər naziri Elmar Məmmədyarov Qarabağ münaqişəsi zonasında toqquşmaların intensivləşdiyi və mülki Azərbaycan əhalisinin qəsdən öldürülməsi hallarının artdığını bəyan edib.
BMT Baş Məclisinin 72-ci sessiyasında iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupun iclası keçirilib. İclasda Azərbaycan Respublikası adından xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.
“Kontakt qrupunun sonuncu görüşündən sonra Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyət nəinki dəyişməz qalıb, hətta cəbhə xəttində toqquşmalar intensivləşib. Cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürülməsi halları daha da artıb”, - XİN-in məlumatında qeyd olunub.
Həmçinin, XİN rəhbəri İƏT-ə üzv ölkələri Ermənistanı silahla təchiz etməməyə çağırıb.
“Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in müvafiq qətnamə və qərarlarının tələblərini rəhbər tutaraq, bütün üzv dövlətlərə münaqişəni gücləndirəcək və Ermənistanı Azərbaycan torpaqlarının işğalının davamına şərait yaradacaq hər hansı bir silah və hərbi avadanlıqla təchiz etməkdən çəkinməyə və bu cür avadanlıqların daşınması üçün öz ərazilərindən tranzit məqsədilə istifadə edilməsinə imkan verməməyə çağırıram”, - o qeyd edib.
Bundan başqa, E.Məmmədyarov İƏT-ə üzv ölkələri Azərbaycana qarşı təcavüzə son qoyulmasına dəstək vermək üçün Ermənistanla bütün növ əməkdaşlığı məhdudlaşdırmağa çağırıb. Onun sözlərinə görə, bütün bu tədbirlər İƏT-in Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi sənədlərdə öz əksini tapıb.
“Ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla didərgin salınmasından əziyyət çəkən bir ölkə kimi, Azərbaycan münaqişənin bütün bölgənin tam inkişafını, sülh və ədaləti təmin edəcək siyasi həllində ən çox maraqlı olan tərəfdir. Azərbaycan öz ərazi bütövlüyünü və vətəndaşlarının hüquq və azadlıqlarını heç vaxt güzəştə getməyəcək. Ermənistan anlamalıdır ki, suveren dövlətin ərazilərinin hərbi işğalı və etnik təmizləmə siyasətinin aparılması həll yolu deyil və heç bir siyasi nəticə verməyəcək”, - o vurğulayıb.
E.Məmmədyarov Bu il Ermənistan qoşunları tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilən hərbi cinayətlərinin 25-ci ildönümünü olduğu xatırladıb.Nazir İƏT-ə üzv dövlətlərinə insanlığa qarşı cinayətlər və soyqırım hallarının milli və beynəlxalq səviyyədə tanınması üçün səy göstərməyə çağırış edib.
“Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib və 20 ildən artıq müddət ərzində ATƏT ərçivəsində aparılan vasitəçilik səyləri hələ nəticə verməyib”, - o vurğulayıb. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət