Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası müdafiə və silahlı qüvvələrə dəstək nazirinin müavini, ikitərəfli hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun İran tərəfindən rəhbəri, general-mayor Höccətullah Qoreyşi ilə Xəzər dənizi hövzəsində təhlükəsizlik məsələlərini müzakirə edib.
“Görüşdə iki ölkənin hərbi sahədə əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, Xəzər dənizi hövzəsində təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər problemlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Z.Həsənov Bakıda iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunu işə başlaması münasibətilə təbrik edib, bunun müdafiə və təhlükəsizlik sahəsində münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb.
Müdafiə naziri Dağlıq Qarabağ və ətraf rayonların uzun illərdir Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın didərgin düşdüyünü və qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərini qonağın diqqətinə çatdırıb.
Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq hissi ifadə edən general-mayor H.Qoreyşi bu münasibətlərin inkişafında hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib. Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, o cümlədən Dağlıq Qarabağ probleminə toxunan qonaq, münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq İranın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət