Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə münasibətlərin müsbət inkişafı və əldə olunan razılıqların qorunmasına dair təkanın saxlanılmasının vacibliyini bəyan edib.
“Sözsüz, bu vəziyyətdən istifadə edərək ikitərəfli münasibətlər barədə danışmaq imkanının olması əladır. Biz hələ Soçidə olarkən qeyd etmişik ki, iqtisadiyyat və digər sahələrdə münasibətlər müsbət inkişaf edir. Sizin Rusiyaya səfəriniz zamanı qarşılıqlı əlaqəyə verilən təkan və imzaladığımız sənədlər qüvvədən düşməsin”, - V.Putin cümə axşamı Bakıda İ.Əliyev ilə danışıqlar zamanı bildirib.
O qeyd edib ki, ikitərəfli görüş zamanı bu məsələyə toxunmaq niyyətindədir.
Bakıda keçirilən Cüdo üzrə dünya çempionatının yarışlarını izləyən Rusiya lideri tədbirin yüksək səviyyədə təşkilini qeyd edib. “Bu, dünya idamanının inkişafına böyük töhfədir”, - prezident vurğulayıb.
V.Putin Rusiya-Azərbaycan Regionlararası Forumda iki liderin iştirakını vacib adlandırıb.
Öz növbəsində, İ.Əliyev görüş zamanı bəyan edib ki, Foruma rekord sayda iştirakçı qatılıb, Rusiya isə Azərbaycanın mühüm və dəyərli tərəfdaşıdır. “Düşünürəm ki, gələcək illərdə əməkdaşlığımız yalnız inkişaf edəcək”, - prezident deyib.
İ.Əliyevin sözlərinə görə, Azərbaycanla Rusiya arasında intensiv, o cümlədən yüksək səviyyədə əlaqələr Moskva və Bakı arasında tərəfdaşlıq və dostluq münasibətlərindən xəbər verir.
“Vladimir Vladimiroviç ilə mütəmadi görüşürük. Sentyabrın əvvəlində Rusiya Federasiyasına rəsmi səfərim baş tutub. Çox səmərəli danışıqlar keçirildi, gündəliyin bütün məsələlərinə dair ətraflı fikir mübadiləsi apardıq”, - İ.Əliyev vurğulayıb.
O qeyd edib kii, V.Putinin öncəki danışıqlardan sonra bir aydan az müddət ərzində Azərbaycana səfəri “aramızda mövcud əlaqələrin bariz nümunəsidir”.
Azərbaycan prezidenti həmçinin xatırladıb ki, səfəri zamanı 16 sənəd imzalanıb.
“Son 5 il ərzində Rusiya prezidenti V.Putin dördüncü dəfə Azərbaycana səfər edir, mən də müntəzəm surətdə Rusiyaya səfərlər edirəm. Bu da ölkələrimiz arasında tərəfdaşlıq, mehriban dostluq münasibətlərinin bariz nümunəsidir”, - İ.Əliyev bildirib.
Onun sözlərinə görə, ticarət-iqtisadi əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. “Həm ötən il, həm də cari il ticarət dövriyyəsi artır. Azərbaycan üçün Rusiya idxal üzrə və qeyri-neft sektoruna aid mallarımızın ixracı üzrə bir nömrəli tərəfdaşdır”, - dövlət başçısı vurğulayıb.
İ.Əliyev əlavə edib ki, Rusiya və Azərbaycan arasında energetika və neft-qaz sektorunda möhkəm əlaqələr var.
“Sentyabrda səfərim zamanı yüksək voltluelektirik xəttlərinin çəıkilməsinin ikinci mərhələsi ilə bağlı məsələlər müzakirə olunub. Bu, enerji mübadiləsini qurmağa, həmçinin bu sahədə üçüncü ölkələrlə əməkdaşlığı genişləndirməyə imkan verərdi”, - Azərbaycan prezidenti bəyan edib.
O həmçinin ümid edir ki, “Şimal-Cənub”dəhlizi Avrasiyanın mühüm nəqliyyat yollarından birinə çevriləcək və iki ölkənin yaxınlaşmasına xidmət edəcək”. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət