Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyanın Bakı tərəfindən girov və əsilərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təklifi almadıqlarına dair bəyanatını təkzib edir.
“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, 29 aprel 2016-cı il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı məktubunda hazırda hər iki tərəfdə saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanmasını təklif edir”, - Komissiyanın məlumatında deyilir.
“BQXK bu təklifin Ermənistan tərəfinə çatdırıldığını və saziş layihəsi üzərində müvafiq iş apardığını bildirib”, - Komissiyadan qeyd edilir.
Bununla yanaşı, məlumatda deyilir ki, Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupu (BİQ) ilə 2017-ci və 2018-ci illərdə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi məsələsini müzakirə edib.
“Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş BİQ həmsədrləri - Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib”, - Komissiyadan qeyd ediblər.
Məlumatda vurğulanır ki, cari ilin oktyabr ayında BİQ nümayəndələri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə son dəfə əlaqə qurulub.
“BİQ nümayəndələri Dövlət Komissiyası ilə telefon əlaqəsi saxlayaraq, bu ilin noyabr ayının sonunda Gürcüstanın Tbilisi şəhərində hər iki ölkənin Dövlət Komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər”, - məlumatda deyilir.
“Dövlət Komissiyası müzakirəyə çıxarılacaq əsas məsələnin hazırda tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi mövzusu olacağı təqdirdə, Azərbaycan tərəfinin görüşə hazır olduğunu BİQ həmsədrlərinin diqqətinə çatdırıb”, - Komissiya qeyd edir.
Öncə “İnterfaks-Azərbaycan” agentliyinə məlumatlı mənbə bildirib ki, Azərbaycan Ermənistana əsir və girov götürülmüş şəxslərin “hamını hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib, rəsmi İrəvan bu təklifə hələlik cavab verməyib.
Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan bəyan edib ki, Azərbaycan tərəfi əsir və saxlanılan şəxslərin “hamını hamıya” prinsipi ilə dəyişdirilməsi təklifi ilə Ermənistan tərəfinə müraciət etməyib.
“Xeyr. Bu cür rəsmi təklif olmayıb. Bu barədə mətbuatdan xəbər tutdum”, - D.Tonoyan jurnalistlərə bildirib.
Ermənistan kütləvi informasiya vasitələrində verilmiş məlumata əsasən, həmin ölkənin müdafiə naziri vəzifəsinin icraçısı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədriDavid Tonoyan almadıqlarını deyib.
Hazırda üç nəfər Ermənistan vətəndaşı Azərbaycandadır: Arsen Baqdasaryan, Karen Kazaryan və Zaven Karapetyan. Rəsmi Bakı onları təxribatçı və hərbi cinayətkar hesab edir.
A.Baqdasaryan 2014-cü ilin dekabr ayında təxribatçı həmlə zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə o, 15 il müddətinə azadlıqdan məhrum olunub.
K.Kazaryan 2018-ci ilin iyul ayının ortalarında Azərbaycan hərbi qulluqçuları tərəfindən saxlanılıb. O, Azərbaycana qarşı cinayətlərdə ittiham olunur. İstintaq onun barəsində cinayət işini müvafiq məhkəmə instansiyasına göndərib.
Z.Karapetyan 2017-ci ilin iyun ayında saxlanılıb. Ermənistan tərəfi onun mülki şəxs olduğunu iddia edir. Azərbaycan onun statusunun müəyyən olunması istiqamətində müvafiq iş həyata keçirir.
“Azərbaycanda olan iki nəfər Ermənistan vətəndaşı barəsində həbs qəti imkan tədbirinin seçilməsinə baxmayaraq, erməni tərəfində girov saxlanılan vətəndaşlarımızla dəyişdirilməsi şərti ilə onları həbsdən azad edə bilərik”, - agentliyin həmsöhbəti vurğulayıb.
Hazırda 3 azərbaycanlı Ermənistandadır. Xüsusilə, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Üçüncü azərbaycanlı Həsən Həsənov öldürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə “azadlıqdan məhrum” edib.
Bundan əlavə, daha bir nəfər mülki şəxs - Elnur Hüseynzadə Ermənistan tərəfindədir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət