Azərbaycan prezidenti Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanmış Birgə Bəyanatını təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dövlət başçılarının görüşünün yekunları üzrə 2024-cü ilədək Azərbaycan- Rusiya əməkdaşlığının inkişafına dair razııq əldə olunub.
Həmçinin, İ.Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” sazişi təsdiq edib.
Birgə Bəyanatda vurğulanır ki, Rusiya və Azərbaycan iqtisadi-ticari əlaqələrin müasir tələblərə cavab verən yeni inkişaf səviyyəsinə niyyətindədir. Prezidentlər qarşılıqlı faydalı ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafı üçün ticarətdə daha əlverişli şəraitin yaradılması, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Rusiya-Azərbaycan hissələrində tranzit-nəqliyyat potensialının artırılması, milli iqtisadiyyatın və ixracın şaxələndirilməsi, innovasiyalı inkişaf sahəsində məsələlərin həlli üçün perspektiv sahələrdə və sektorlarda birgə istehsalın yaradılmasına əsaslanırlar.
Bundan əlavə, liderlər dövlət idarəçiliyi sahəsində innovativ yanaşmaların, büdcə-vergi sahəsində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə birgə fəaliyyətin inkişafı, dövlət sektorunda istifadə üçün qabaqcıl proqram təminatının tətbiqi üzrə təcrübə mübadiləsi və əməkdaşlığa diqqət aylırmaq nityyətindədirlər.
“İki dövlətin başçıları əmindirlər ki, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın həyata keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək”, - Bəyanatda qeyd olunur. **
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət