2018-ci ildə Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 10,7% - 13 mlrd. 20,3 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2019-cu ilin əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 585 mln. manat (2018-ci il ərzində azalma 2,6%) və ya bütün kreditlərin 12,2%-ni təşkil edir.
Dekabrın 31-nə dövlət payına malik olan banklar tərəfindən 2 mlrd. 98,4 mln. manat (artım 9,5%) və ya bütün kreditlərin 16,1%-i, özəl banklar tərəfindən 10 mlrd. 529,8 mln. manat (artım 11,8%) və ya bütün kreditlərin 80,9%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
2019-cu ilin əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 73,6 mln. manat (artım 16,1%) milli valyuta, 4 mlrd. 946,7 mln. manat (artım 3%) xarici valyuta ilə verilib. 2018-ci ilin sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 38% (2017-ci ilin sonuna 40,8%) təşkil edir.
2018-ci il dekabrın 31-nə bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 379,5 mln. manat (bütün kreditlərin 18,3%-i) ticarət və xidmət sahələrinin, 419,2 mln. manat (3,2%) energetika, kimya və təbii sərvətlər sektorunun, 470 mln. manat (3,6%) kənd təsərrüfatı və emal sahələrinin, 388,8 mln. manat (3%) tikinti və daşınmaz əmlak sahələrinin, 706,6 mln. manat (5,4%) sənaye və istehsal sektorunun, 1 mlrd. 370,7 mln. manat (10,5%) nəqliyyat və rabitə sahələrinin, 5 mlrd. 319,6 mln. manat (40,9%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, 2018-ci ildə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 15,5% artıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət