Çərşənbə günü Gürcüstan prezidenti Salome Zurabişvili Bakıya ilk rəsmi səfər edəcək.
Gürcüstan prezidentinin administrasiyasının məlumatına görə, səfər zamanı S.Zurabişvili Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Novruz Məmmədov və parlamentin sədri Oqtay Əsədovla görüşəcək.
“Səfər Azərbaycanla strateji tərəfdaşlığın davam etdirilməsi və inkişafına yönəlib. Səfər çərçivəsində S.Zurabişvili iki ölkə arasında siyasi, iqtisadi, ticarət əlaqələrinin dərinləşməsi, həmçinin mədəniyyət sahəsində münasibətlərin inkişafı məsələlərinə toxunmaq niyyətindədir”, - administrasiyadan qeyd edirlər.
Həmçinin bildirilir ki, prezidentlərin görüşü həm təkbətək, həm də hökumət nümayəndələrinin iştirakı ilə geniş formatda keçiriləcək.
Görüşdən sonra S.Zurabişvili və İ.Əliyevin birgə mətbuat konfransı keçiriləcək.
Səfər çərçivəsində Gürcüstan prezidenti həmçinin işgüzar dairələrin nümayəndələri ilə görüşəcək.
Məlumat verilir ki, o cümlədən, S.Zurabişvili Azərbaycanda etnik gürcülərin yaşadığı bir neçə bələdiyyələrə səfər edəcək, xüsusilə Qax, Zaqatala və Balakən şəhərlərində olacaq.
Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze prezidentin səfərini şərh edərkən jurnalistlərə bildirib ki, bu səfər “vacib yük” daşıyır və Azərbaycanla münasibətlərin dərinləşməsi və möhkəmlənməsinə yönəlib.
“Siyasi münasibətlərimiz, iqtisadi, ticarət, mədəniyyət və humanitar kimi, dinamik inkişaf edir. Azərbaycan Gürcüstanın ən vacib ticarət tərəfdaşıdır. Yeni layihələrin reallaşdırılması və investisiya siyasətinin gücləndirilməsi planlaşdırılıb. Gürcüstan prezidenti bütün bu məsələləri Azərbaycan tərəfi ilə müzakirə edəcək”, - diplomat bildirib.
S.Zurabişvilinin Azərbaycana səfəri fevralın 28-də başa çatacaq. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət