Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edilib. Bu barədə “İnterfaks-Azərbaycan”a MBNP-dən məlumat verilib.
“Tənzimləyici uzunmüddətli istehlak kreditləri üzrə bank risklərini məhdudlaşdırmağı qərara alıb. Dəyişikliklərə əsasən, müddəti 7 ildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0,1%-i ilə məhdudlaşdırılıb”, -Palatadan qeyd ediblər.
Bu dəyişikliklər 2019-cu il noyabrın 30-dan qüvvəyə minir.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 16-da 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın social-iqtisadi inkişafına həsr olunan iqtisadi müşavirədə bildirib ki, iqtisadiyyatın real sektorunun maliyyələşməsində bank sektorunun rolundan narazıdır. “Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”, - Əliyev deyib.
Bununla əlaqədar MBNP-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) və kommersiya banklarının rəhbərliyi ilə görüş keçirilib. Görüşdə maliyyə bazarlarındakı cari vəziyyət, bank sektorunun effektivliyi, real sektorun inkişafında bank sektorunun rolu, biznes kreditləşməsi sahəsində problemlər müzakirə olunub. Görüşün sonunda bankların strateji planlarının yenidən gözdən keçirilməsi və qısa müddətdə təkliflərin Palataya təqdim olunması qərara alınıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2019-cu ilin yanvar-sentyabr aylarında bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 9,4% - 14 mlrd. 243 mln. manatadək artıb.
Cari ilin 9 ayı ərzində bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 18,3% - 6 mlrd. 292,1 mln. manatadək artıb və ya bankların və BOKT-ların ümumi kredit portfelinin 44,2%-ni təşkil edib.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət