Azərbaycandan Rusiyaya qeyri-xammal qeyri-enerji məhsulları ixracının reallaşdırılmamış potensialı $281 milyon dəyərində qiymətləndirilir. Bunu RF-nin iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.
“Qarşılıqlı tədarükün həcminin artırılması üçün böyük potensial var. Hökumətlər işgüzar mühitin yaxşılaşdırılması üçün hərtərəfli iş aparır. Hazırda Azərbaycandan Rusiyaya qeyri-xammal qeyri-enerji ixracının reallaşdırılmamış potensialı $281 milyona (2018-ci ildə faktiki tədrüklərin 36,4%-i), o cümlədən kənd təsərrüfatı məhsullarının ixracı üzrə təxminən $216 milyona, sənaye ixracı üzrə $65 milyona çatır”, - deyə M.Oreşkin "Moskva-Bakı" portalına müsahibəsində bildirib.
Digər tərəfdən, hazırda Azərbaycan bazarında 750-yə yaxın Rusiya-Azərbaycan birgə şirkəti fəaliyyət göstərir ki, bu da Azərbaycanda xarici kapitallı müəssisələrin ümumi sayının 10%-ə qədərini təşkil edir.
Rusiya Mərkəzi Bankının məlumatına görə, 2018-ci ildə Rusiyadan Azərbaycana birbaşa xarici investisiya qoyuluşlarının həcmi 2 dəfədən çox artıb. Həyata keçirilən layihələrdən “SOCAR Polymer” polipropilen zavodunu, kommersiya yük avtomobillərinin istehsalı üçün “QAZ” zavodunun tikintisini, “Hyatt Farm” birgə müəssisəsini qeyd etmək istəyirəm”, - deyə M.Oreşkin əlavə edib.
2019-cu ilin 9 ayının yekunları üzrə Azərbaycan Rusiyaya $465,6 milyon məbləğində (artım 15,8%) qeyri-neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracının 33%-i RF-nin payına düşür.
Daha əvvəl Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev bildirmişdi ki, 2019-cu ilin yekunları üzrə Rusiya ilə ticarət dövriyyəsi təxminən $3 milyard təşkil edə bilər.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət