Rusiya prezidenti Vladimir Putin bildirib ki, dekabrın 20-də azərbaycanlı həmkarı İlham Əliyevlə Sankt-Peterburqda görüşəcəyinə ümid edir.
“Azərbaycan prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşməyimizdən məmnun olacağıq”, - deyə o, noyabrın 22-də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşdə bildirib.
Dekabrın 20-də Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının qeyri-formal sammiti keçiriləcək. Putin MDB ölkələrinin liderlərini sammitdə iştirak etməyə dəvət edib.
Rusiya prezidenti M.Əliyeva ilə görüşü zamanı Azərbaycan hakimiyyətinin öz ölkələrində rus dilinin populyarlaşmasına verdiyi böyük əhəmiyyətə də diqqət çəkib.
“Dediklərinizə biganə qala bilmərəm, xüsusilə də bu, humanitar əlaqələrimizə və Azərbaycanda rus dilinə münasibətinizə aiddir”, - deyə o bildirib.
Putinin sözlərinə görə, Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında rus mədəniyyətinə və rus dilinə münasibətə ən yüksək səviyyədə dəstək verənlərdəndir.
Bununla əlaqədar olaraq o, Azərbaycan prezidentinin və birinci vitse-prezidentinin bu prosesdə yüksək şəxsi rolunu qeyd edib.
“Biz bunu çox yüksək qiymətləndiririk. Çünki bu, sözün əsl mənasında iqtisadiyyat və humanitar münasibətlər də daxil olmaqla bütün digər sahələrdə əlaqələri inkişaf etdirməyə imkan verən bazadır. Buna görə çox minnətdarıq və öz tərəfimizdən ortaq irsimizə istiqamətlənmiş tendensiyanı dəstəkləmək üçün hər şeyi edəcəyik. Bu, insanların heç bir maneə olmadan bir-biri ilə ünsiyyət qurmasına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməsinə imkan verir”, - deyə Rusiya lideri qeyd edib.
Öz növbəsində, M.Əliyeva qeyd edib ki, gələcəkdə Azərbaycan hakimiyyəti bu sahəyə daha da böyük diqqət göstərməlidir.
“Yeni nəsil böyüməkdədir. Bizim nəslin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür və bu əlaqələr, xüsusən insanlar, gənc nəsil arasında bu gün humanitar sahədə mövcud olan münasibətlər qorunmalı və möhkəmlənməlidir”, - deyə M.Əliyeva vurğulayıb.
Putin, həmçinin qeyd edib ki, bu, Əliyevanın bu statusda Rusiyaya ilk səfəridir.
O deyib ki, noyabrın 23-də Əliyeva Federasiya Şurasının sədri Valentina Matviyenko ilə X Regional Forumunun açılışında iştirak edəcək.
"Hesab edirəm ki, bu, əməkdaşlığımızın olduqca vacib istiqamətidir, çünki qarşılıqlı fəaliyyətimiz əsasən regionlar səviyyəsində həyata keçirilir”, - deyə Rusiya prezidenti bildirib.
Söhbət zamanı M.Əliyeva Rusiyaya səfər etmək dəvətinə görə Putinə minnətdarlığını bildirib.
“Burada, Moskvada olmağıma çox şadam. Moskva mənim üçün yaxın və doğma şəhərdir, burada mənim tələbəlik illərim keçib”, - deyə o söyləyib.
Bundan başqa, Azərbaycanın birinci vitse-prezidenti Putinə İ.Əliyevin salamlarını çatdırıb.
“Azərbaycan Respublikası prezidentinin sizin üçün əlverişli bir zamanda ölkəmizə səfər etmək dəvətini də çatdırmaq istəyirəm”, - deyə M.Əliyeva əlavə edib.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət