Ehtiyac olarsa, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər. Bunu Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.
“KTMT üzv dövlətləri ilə Azərbaycan arasında hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq münasibətləri mövcuddur. Xüsusilə Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı qeyd etmək istərdik. Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 30-da Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunu, noyabrın 26-da isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edib və görüşdə 2020-ci ildə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib. Ehtiyac olarsa, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər. Vurğulamaq istərdik ki, bu məsələnin Ermənistanın baş nazirinə hər hansı aidiyyəti yoxdur", - Abdullayeva “İnterfaks-Azərbaycan”a Ermənistanın baş naziri Nikol Paşinyanın Bişkəkdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı fikirlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri anlamalıdır ki, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin KTMT ilə heç bir aidiyyəti yoxdur”.
Abdullayeva hesab edir ki, Paşinyanın Bişkekdə səsləndirdiyi bəyanatlar növbəti dəfə “militarist ritorikanın” göstəricisidir. "Əslində, bu kimi ritorika ilə Paşinyan Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları pozur”, - o əlavə edib.
Eyni zamanda, Abdullayeva vurğulayıb ki, Ermənistan müxtəlif təxribatçı vasitələrlə KTMT-ni Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyir.
Dünən Paşinyan Bişkəkdə bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələri Qarabağ münaqişəsinin mümkün gərginləşməsinin qarşısını almaq məqsədilə Azərbaycanın silah satınalmasına dair sorğusuna imtina cavabı verməlidir. “KTMT Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün zəruri vasitələrə malikdir. Mümkün gərginliyin qarşısını almaq məqsədilə KTMT-yə üzv ölkələr təhlükəsizliyin qorunması maraqlarına əsaslanaraq, Azəraycanın silah satın almağa dair yeni sorğularını cavabsız qoymalıdır”, - Paşinyan bildirib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət