“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2024-cü ilədək Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının $6 milyard 549 milyonadək artacağını proqnozlaşdırır.
2019-cu ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları $6 milyard 258 milyon təşkil edib. Beləliklə, S&P-nin proqnozlarına görə, 2020-2023-cü illərdə bankın ehtiyatları 4,7% artacaq.
Agentliyin proqnozlarına görə, 2020-ci ildə AMB-nin valyuta ehtiyatları $5 milyard 922 milyonadək azalacaq, 2021-ci ildə $6 milyard 140 milyonadək, 2022-ci ildə $6 milyard 328 milyonadək, 2023-cü ildə $6 milyard 549 milyonadək artacaq.
30 iyun 2020-ci il tarixinə AMB-nin valyuta ehtiyatları $6 milyard 436,3 milyon təşkil edir.
Xəbər verildiyi kimi, AMB-nin valyuta ehtiyatlarının maksimum məbləği 30 iyun 2014-cü il tarixində qeydə alınıb və $15 milyard 163,2 milyon təşkil edib, lakin 2014-cü ilin ikinci yarısından dünya bazarlarında neftin ucuzlaşması şəraitində milli valyutanın məzənnəsinin saxlanılması üçün valyuta ehtiyatlarından istifadə olunduğuna görə onların həcmi azalmağa başlayıb. Nəticədə 2014-cü ilin sonuna AMB-nin valyuta ehtiyatları $13 milyard 758,3 milyonadək, 2015-ci ilin sonuna $5 milyard 16,7 milyonadək, 2016-cı ilin sonuna $3 milyard 974,4 milyonadək azalıb.
2017-2019-cu illərdə AMB-nin valyuta ehtiyatları artıb. Xüsusilə 2017-ci ildə bankın valyuta ehtiyatları 34,2%, 2018-ci ildə 5,4%, 2019-cu ildə isə 11,2% artıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət