Ermənistan Qarabağda Azərbaycana qarşı döyüşlərdə Kürd Fəhlə Partiyasının terrorçularından fəal istifadə edir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Ermənistanda bəzi qüvvələr PKK terrorçularını Azərbaycanın işğal olunmuş ərazilərinə apararaq onlardan Azərbaycana qarşı istifadə edirlər. Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin əsas qüvvələri arxa planda saxlanılır, xarici terrorçuları, PKK yaraqlılarını, ASALA üzvlərini isə ön plana çıxarırlar”, - deyə Hacıyev Türkiyənin TRT telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, indiyə qədər Ermənistan işğal olunmuş ərazilərdən Azərbaycana hücumlar edib. "Lakin indi o, öz ərazisindən də belə hücumlar həyata keçirir. Bu, birincisi, hərbi səbəbdən (Azərbaycanın ən yaxın hədəflərinə, o cümlədən mülki hədəflərə zərbə vurmaq) edilir. İkincisi, bu, siyasi təxribat məqsədi daşıyır – tərəfimizdən cavab zərbəsi endirilərsə, bəyan etsinlər ki, Ermənistana zərbə endirilib və təxribat törətsinlər. Bu halda onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək məqsədini güdürlər", - deyə prezidentin köməkçisi qeyd edib.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan hərbçiləri Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış hərbi infrastrukturun məhv edilməsinə hədəfləniblər. "Onlar uzun illər belə infrastruktur, o cümlədən silah, döyüş sursatı anbarları yaradıb və böyük ehtiyat yığıblar. Biz qısa müddət ərzində onları məhv etməyə müvəffəq olduq", - deyə o qeyd edib.
Diplomat əlavə edib ki, münaqişənin həllinə dair danışıqların bərpası üçün "Ermənistan açıq şəkildə bəyan etməlidir ki, öz qoşunlarını dərhal Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarır". "Əgər qoşunlarını məsələn, sabah çıxararsa, hərbi əməliyyatlar üçün də səbəb olmayacaq. Biz Fransaya da bəyan etdik ki, əgər Paris danışıqlar masasına əyləşməyə və atəşi dayandırmağa çağırırsa, işğala son qoymaq çağırışı da səslənməlidir. Niyə birinci səsləndirilir, ikinci isə yox? Və əgər ikinci çağırış səslənmirsə, o halda bu bəyanat yarımçıqdır, çünki bu iki amil qarşılıqlı əlaqəlidir", - deyə H.Hacıyev bildirib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət