Ermənistan silahlı qüvvələri Tərtər şəhərini ağır artilleriyadan atəşə tutmağa davam edir. Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
“Məndə olan məlumata görə, hazırda Ermənistan silahlı qüvvələri Tərtər şəhərində dinc əhalini ağır artilleriyadan atəşə tutmağa davam edir. Dünən 70 min dinc sakinin yaşadığı Tərtərə 2 mindən çox mərmi düşüb», - Hacıyev şənbə günü xarici diplomatik korpusun nümayəndələri, həmçinin yerli və xarici jurnalistlər üçün brifinqdə bildirib.
O qeyd edib ki, Ermənistan “məqsədyönlü olaraq dinc əhalini hədəfə alır, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayəti adlandırıb.
“Tam məsuliyyətlə bəyan edirik ki, Tərtər şəhərində hərbi obyektlər yoxdur. Bu səbəbdən, Ermənistanın hədəfi dinc əhalinin olmasını çox asn sübut etmək mümkündür. Açılan atəş nəticəsində Tərtər şəhərinə ziyan vurulub. Polis bölməsi, şahmat məktəbi, qaçqın və məcburi köçkünlər üçün yaşayış kompleksi, həmçinin prokurorluğun binasına ziyan dəyib”, - Prezidentin köməkçisi qeyd edib.
Hacıyev bildirib ki, öz növbəsində, Azərbaycan Ordusu ehtiyatla hərəkət edərək düşmənin hərbi obyektləri və hərbi qulluqçularına qarşı dronlar və PUA-dan istifadə edir. O, erməni əhalisini atış nöqtələri yaxınlğında olmamağa çağırıb.
“Ermənistan tərəfi öz əhalisini bilavasitə atəş nöqtələri və hərbi obyektlərin yaxınlığında yerləşdirərək, onlardan “canlı sipər” kimi istifadə edir. Biz işğal olunmuş ərazilərdə yaşayan mülki şəxslərə növbəti dəfə müraciət edirik ki, hərbi obyektlərdən kənarda olsunlar və özlərindən “canlı sipər” kimi istifadə etməyə imkan verməsinlər”, - o bildirib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət