2020-ci ildə koronavirus pandemiyası ilə bağlı real sektorda yaranmış vəziyyət kredit qoyuluşlarının dinamikasına təsir göstərən əsas amil olub. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilir.
“2020-ci ilin əvvəlindən Azərbaycanda bank sektoru üzrə ipoteka kreditləri 11.9%, biznes kreditləri 1% artıb, istehlak kreditləri isə 4.5% azalıb”, - AMB-nin 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verib.
AMB qeyd edir ki, ilin əvvəlindən bankların sənayeyə kredit qoyuluşu 43.3% artıb və onun biznes portfelində payı 18.4%-dən 26.1%-ə yüksəlib.
“Bundan başqa, yüksək multiplikativ təsirə malik olan tikintiyə kredit qoyuluşları cari ilin 11 ayında 9.1% artıb və onun portfeldə payı 11.9%-ə çatıb. Bankların portfelində problemli kreditlərin payı il ərzində birrəqəmli səviyyədə olmuş və noyabr ayının yekunu üzrə 6% təşkil edib”, - bəyanatda deyilir.
AMB vurğulayır ki, əhalinin bank əmanətləri ilin əvvəlindən dəyişməyərək 7.8 mlrd. manat təşkil edib.
“Bank sektorunun likvid aktivləri 9 mlrd. manatdır və bank sistemi üzrə ani likvidlik əmsalı 59% təşkil etməklə, normativi (30%) 2 dəfəyə yaxın üstələyir”, - bəyanatda qeyd olunur. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət