Ağdam rayonunun Qiyaməddinli yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi açılıb.
"Mərkəz atəşkəs rejiminə riayət olunması və tərəflər arasında əldə edilmiş razılaşmaları pozan hərəkətlər barədə məlumatların toplanılmasını, ümumiləşdirilməsini və yoxlanılmasını həyata keçirəcək. Nəzarət pilotsuz uçuş aparatlarının tətbiqi, həmçinin digər mənbələrdən əldə olunan məlumatların qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək", - deyə Rusiya Müdafiə Nazirliyindən bu gün jurnalistlərə bildiriblər.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin şəxsi heyətində 60 türk, 60 rus hərbçi təmsil olunur. Mərkəz münaqişə tərəflərinin hərbi idarəetmə orqanları və Rusiya sülhməramlı kontingentinin qərargahı ilə birbaşa əlaqəyə malikdir. Mərkəz Türkiyə və Rusiya müdafiə nazirlərinin 11 noyabr 2020-ci il tarixində imzaladıqları memoranduma uyğun olaraq açılıb.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin təntənəli açılış mərasimində Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət