Azərbaycan prezidenti İlham Əliyev "Signify" (əvvəlki adı "Philips Lighting") şirkəti ilə əməkdaşlıqdan məmnunluq ifadə edib və həmçinin Qarabağda azad olunmuş ərazilərdə yeni layihələrin reallaşdrılmasında maraqlı olduğunu bildirib.
Əliyev cümə axşamı "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolatı videoformatda qəbul edib.
Xüsusilə, prezident Azərbyacanın 3 şəhərində - Bakıda, Sumqayıtda və Şamaxıda küçələrin işıqlandırılması layihəsinin reallaşdırılmasından məmnunluq ifadə edib. Onun sözlərinə görə, bu layihələrin icrası elektrik enerjisinin qənaətinə gətirib.
Öz növbəsində, Rondolat qeyd edib ki, Bakı, Sumqayıt və Şamaxıda icra olunan layihələrin aprelin sonunadək yekunlaşacaq. O həmçinin əlavə edib ki, şirkət Azərbaycanda yeni layihələrin icrasında maraqlıdır. Xüsusilə, işğaldan azad olunmuş ərazilərin inkişafına toxunub.
Azad olunan ərazilərdə layihələrə toxunan Əliyev vurğulayıb ki, Azərbaycan Qarabağda çox müasir infrastruktur, o cümlədən “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırır.
“Proses artıq başlayıb. Ona görə də bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq. Bu səbəbdən mən əməkdaşlığı davam etdirməyi və birinci layihənin ümidvaram ki, çox yaxın zamanda təhvil verilməsini səbirsizliklə gözləyirəm. Bu, əməkdaşlığımızın çox yaxşı göstəricisi olacaq”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət