Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir və bu valyutada aktivlərin xüsusi çəkisi 69,1% (2021-ci il iyunun 30-na 68,6%) təşkil edir. Bu barədə fondun məlumatında deyilir.
2021-ci il sentyabrın 30-na olan vəziyyətə görə, ARDNF-in aktivləri $44 milyard 226,36 milyon təşkil edib, bunun $0,29 milyonu Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib.
Sentyabrın sonuna ARDNF-in investisiya portfeli $44 milyard 226,36 milyona bərabərdir.
Fondun investisiya portfelinin strukturunda 69,1% ABŞ dolları (2020-ci ilin yekunları üzrə 68%), 19,5% avro (2020-ci ilin sonuna 20,3%), 4,9% funt sterlinq (2020-ci ilin sonuna 5,3%), 0,6% Avstraliya dolları (2020-ci ilin sonuna 0,6%), 0,6% türk lirəsi (2020-ci ilin sonuna 0,7%), 0,7% rus rublu (2020-ci ilin sonuna 0,5%), 1,3% Çin yuanı (2020-ci ilin sonuna 1,3%), 1,4% yapon yeni (2020-ci ilin sonuna 1,5%), 1,9% digər valyutalarda (2020-ci ilin sonuna 1,8%) yerləşdirilib.
ARDNF-in məlumatına görə, fondun investisiya portfelinin 30,02%-i Avropa ölkələrində (2020-ci ilin sonuna 29,26%), 26,71%-i Şimali Amerika ölkələrində (2020-ci ilin sonuna 24,96%), 21,23%-i Asiya-Sakit okean regionu ölkələrində (2020-ci ilin sonuna 23,48%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 63,1%-i istiqrazlarda və pul bazarı alətlərində (2020-ci ilin sonuna 63,8%), 18,1%-i səhmlərdə (2020-ci ilin sonuna 15,9%), 6%-i daşınmaz əmlakda (2020-ci ilin sonuna 6,1%) yerləşdirilib. Qızılın payı 12,8% (2020-ci ilin sonuna 14,2%) təşkil edir ki, bu da 101,8 tona bərabərdir (2020-ci ilin sonuna 101,8 ton).
ARDNF-in vəsaitlərinin 90,8%-i yüksək reytinqli (А, АА və ААА) aktivlərdə yerləşdirilib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət