Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları tamamilə qəbuledilməzdir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır, ancaq Ermənistan tərəfindən müsbət reaksiya görmürük. Ərazi iddiaları hələ də qalır. Bu, tamamilə qəbuledilməzdir”, - deyə H.Hacıyev bu gün ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan beynəlxalq hüquq normalarını tanımaq istəmir. Rəsmi Bakının mövqeyinə gəlincə, Azərbaycan ədalətin və beynəlxalq hüququn bərqərar olmasını istəyir.
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan sülh müqaviləsi üzrə danışıqlara daim hazırdır. “Bundan sonra əməkdaşlıq mexanizminə uyğun olaraq davranmaq olar. İki ölkə arasında münasibətlər bərpa olunmalıdır. Bütün beynəlxalq ictimaiyyəti bu istiqamətdə addım atmağa səsləyirik”, - deyə H.Hacıyev qeyd edib.
O vurğulayıb ki, hazırda Azərbaycan hökuməti 2020-ci ilin sentyabr-dekabr aylarında işğaldan azad olunmş bütün şəhər və yaşayış məntəqələrində bərpa işləri həyata keçirir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət