2021-ci ildə Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub”, - Əliyev cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan qaz hasilatı və ixracını artıracaq.
O qeyd edib ki, Albaniya öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək.
Prezident bildirib ki, ölkələrin bəziləri qaz istehlakının 80%-ni, digərləri isə 15-20%-ni Azərbaycandan alırlar. “Bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq. Bu il biz 2021-ci illə müqayisədə daha çox ixrac edəcəyik - böyük potensial var, xüsusilə indi, qaz bazarındakı vəziyyətin sabit olmamasını nəzərə alaraq”, - Əliyev vurğulayıb.
Həmçinin, prezident deyib ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. “Əlbəttə ki, ən böyük yataq “Şahdəniz”dir - 1 trilyon kubmetr. Əminəm ki, daha çox olacaq. Çünki neft və qaz yataqlarının işlənilməsi ilə bağlı təcrübəmizə baxsanız, görərsiniz ki, biz həmişə yolumuzun əvvəlində gözlənildiyindən daha böyük həcmdə ehtiyatları görürük”, - dövlət başçısı bəyan edib.
Onun sözlərinə görə, bunlar yeni yataqların kəşfi və yeni texnologiyalar sayəsində mümkün oldu. “Mən əminəm ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq”, - Əliyev qeyd edib.
Qaz yataqlarının işlənilməsinə toxunan prezident, xüsusilə Xəzərdə “Abşeron” yatağını qeyd edib. “Ümid edirik ki, ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. Ola bilsin, bir ildən də az müddətdə. İş mərhələlərlə aparılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu, böyük bir həcm deyil. Lakin düşünürəm ki, bəzi ölkələr üçün əhəmiyyətli göstəricidir”, - Əliyev vurğulayıb.
O cümlədən, prezident məlumat verib ki, “Babək” yatağının qaz ehtiyatı 400 milyard kubmetr, “Ümid” yatağının - 200 milyard kubmetrdir. “Əlbəttə ki, bizim çoxdan istismarda olan neft-qaz yataqlarımızdan biri – “Azəri-Çıraq-Günəşli”dən böyük gözləntilərimiz var. Onun tezliklə istismara veriləcəyinə ümid etdiyim dərin qaz hissəsində yüz milyardlarla kubmetr qaz olacaq və düşünürəm ki, qısa zamanda hasil edilə biləcək”, - Əliyev bildirib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət