Türkiyə TANAP qaz kəmərinin potensialının illik 31 milyard kubmetr qaz həcmində maksimum istifadəsi məqsədilə Azərbaycan və regionun digər ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz cümə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, iclasda yüksək səviyyədə iştirak region ölkələrinin daha sıx əməkdaşlığa qətiyyətini nümayiş etdirir.
“Enerji təhlükəsizliyi və iqlim dəyişkliyi ilə bağlı problemləri nəzərə almaqla region ölkələri arasında əməkdaşlıq ildən ilə artır. İqlim dəyişkliyi ilə mübarizə üzrə qobal səyləri nəzərə alaraq;, dünta enerji transformasiyası bütün ölkələr üçün ən vacib zərurətdir”, - Anadolu agentliyi Dönməzin sözlərindən sitat gətirir.
Nazir qeyd edib ki, bir tərəfdən təbii qaz enerji resurslarının tədarükünün təhlükəsizlyini təmin edir, digər tərəfdən isə aşağı karbon transformasiya üzrə səylərin mühüm bələdçisidir. “Bununla əlaqədar CQD-nin yeni bazarları, Qərbi Balkanlar da daxil olmaqla əhatə etməklə genişlənməsi, həmçinin bu gün burada enerji transformasiyası ilə bağlı məsələlərin müzakirəsi bizim ölkələrə gələcək əməkdaşlıq üçün yeni imkanlar açacaq”, - Dönməz bildirib.
“Bir daha xatırlatmaq istərdim ki, Türkiyə və Azərbaycanın siyasi dəstəyi olmadan CQD layihəsi mümkün olmazdı. Türkiyə Aİ-yə tədarükün təhlükəsizlyinin artırılması nöqteyi-nəzərindən daha etibarlı limandır. Türkiyə beynəlxalq layihələrdə infrastruktura investisiyalar yatırmaqla və nailiyyətləri ilə öz etibarlılığını sübut edib”, - Dönməz qeyd edib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət