Prezident İlham Əliyev bu gün Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşdə bildirib ki, ikitərəfli ticarət dövriyyəsinin artırılması üçün potensial tükənməyib.
İ.Əliyev qeyd edib ki, onun bu səfəri Rusiya və Azərbaycanın dövlətlərarası münasibətləri tarixində qalacaq.
O, iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafına şəxsən ayırdığı diqqətə görə Mişustinə təşəkkürünü bildirib.
İ.Əliyev ikitərəfli ticarət dövriyyəsinin artım potensialının tükənmədiyinə və onun artırılması üçün zəmin olduğuna əminliyini ifadə edib.
“Regional problemlərlə bağlı məsələlər həm regionda etimad, sülh və təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi, həm də ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı ilkin şərait yaradır”, - deyə o əlavə edib.
Moskvada imzalanmış bəyannaməyə toxunan Azərbaycan Prezidenti onu ikitərəfli hüquq-müqavilə baza portfelində xüsusi sənəd adlandırıb.
“Əminəm ki, bu sənəd ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək”, - deyə İ.Əliyev bildirib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət