2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 178 milyon 307 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,1% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 143 milyon 136,3 min manat (artım 21,6%) və ya bazar üzrə bütün sığorta haqlarının 80,3%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 51 milyon 359,6 min manat (artım 41,9%), qeyri-həyat sığortası üzrə sığorta haqları 91 milyon 776,7 min manat (artım 12,5%) təşkil edib.
Yanvar-fevral aylarında icbari sığorta növləri üzrə sığorta haqları 35 milyon 170,7 min manat (azalma 17,6%) təşkil edib.
Hesabat aylarında sığortaçılar könüllü tibbi sığorta (62 milyon 343,9 min manat), həyatın yaşam sığortası (46 milyon 183,7 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (14 milyon 282,5 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 68,9%-ni təmin edib.
Yanvar-fevral ayları ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 38 milyon 936,3 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,6 dəfə azdır.
Yanvar-fevral aylarında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 24 milyon 463,3 min manat (azalma 2,7 dəfə) və ya bazar üzrə bütün ödənişlərin 62,8%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 9 milyon 997,4 min manat (azalma 5,1 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 14 milyon 465,8 min manat (azalma 11,7%) məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 14 milyon 473 min manat (azalma 2,3 dəfə) təşkil edib.
Bu dövrdə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (13 milyon 230,4 min manat), həyatın yaşam sığortası (9 milyon 354,3 min manat) və könüllü tibbi sığorta (11 milyon 208,1 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Yanvar-fevral aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 dəfə azalıb.
Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 86,8%-ni təmin edib.
Fevral ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət