Çərşənbə günü Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Almaniyanın Bakıdakı səfiri Volfqanq Maniq iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə görüş zamanı Bakı və Berlin arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
“Görüşdə iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etdiyi qeyd edilib və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb”, - XİN-in saytında dərc olumuş məlumatda deyilir.
Xələfov Azərbaycan və Almaniya arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini və iqtisadi sahədə müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd edib.
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə toxunaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolunu vurğulayıb. “Bu mənada ötən ay xarici işlər və energetika nazirlərinin Berlinə işgüzar səfərlərinin Almaniyanın yeni hökuməti ilə ikitərəfli gündəlikdəki məsələlərin müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib”, - məlumtda bildirilir.
XİN-dən vurğulanır ki, Xələfov “44 günlük Vətən müharibəsindən sonra bölgəmizdəki vəziyyət, post-münaqişə dövrü ilə bağlı Azərbaycanın baxışı və regionda sülhün bərqərar olması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə məlumat verərək Almaniyanın regionda yaranmış yeni reallıqlara anlayışla yanaşmasını müsbət qiymətləndirib”.
Öz növbəsində, Maniq “Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda vacib iqtisadi tərəfdaş olduğunu” vurğulayıb. Diplomat baş tutmuş ikitərəfli yüksək səviyyəli səfərlərin əhəmiyyətini, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi, təhlükəsizlik, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini qeyd edib. Maniq səfirliyin Bakıda Alman Akademik Mübadilə Xidməti (DAAD) və Goethe Mərkəzinin fəaliyyətinə xüsusi önəm verdiyini və bunun humanitar sahədə əlaqələrə töhfə verdiyini diqqətə çatdırıb. **
R.Kərimov
Azərbaycan bankları bu gün valyuta hərracında $68 milyon cəlb edib
“Meqa Sığorta” DİM əməkdaşlarının könüllü tibbi sığortasını həyata keçirəcək
AİB Azərbaycan manatı ilə istiqrazların yerləşdirilməsindən $8,5 milyon cəlb edib
DB 2025-ci ildə Xəzər dənizi ilə bağlı tədqiqatları başa çatdırmağı planlaşdırır
Qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı faktları üzrə təbiətə 6 milyon manatdan çox ziyan vurulub
Əliyev Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
“Azərsu” İsmayıllıda bir neçə kəndin su təchizatının yaxşılaşdırılması üçün podratçı seçir
Avropa Komissiyasının prezidenti HƏMAS-ı bütün israilli girovları azad etməyə çağırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbinin tələbəsi beynəlxalq olimpiadada I yeri qazanıb
Yelo Bank-da Ümummilli liderə həsr olunmuş konsert keçirilib
Bank Respublika Naxçıvanda aztəminatlı ailələrə dəstək oldu!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək